Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rəfah keçid məntəqəsi bu tarixdə açılacaq
dünya

Rəfah keçid məntəqəsi bu tarixdə açılacaq

30-01-2026 16:00 13 Baxış
IMG

Qəzza zolağının Misirlə sərhədindəki Rəfah keçid məntəqəsi 1 fevralda açılacaq.

 Tvit.az xəbər verir ki, bu barədə Fələstin ərazilərində hökumət fəaliyyətlərinin koordinasiya orqanı (COGAT) məlumat verib.

 

COGAT-ın bəyanatında deyilir: "Atəşkəs razılaşmasına və [İsrail] siyasi rəhbərliyinin təlimatlarına uyğun olaraq, Rəfah keçid məntəqəsi gələn bazar günü, 1 fevral tarixində hər iki istiqamətdə yalnız insanların məhdud hərəkəti üçün açılacaq".

 

Qeyd edilib ki, bu sərhəd keçid məntəqəsi vasitəsilə Qəzza zolağına giriş-çıxışa Misirlə koordinasiyalı şəkildə, İsrail təhlükəsizlik xidmətləri tərəfindən ilkin yoxlamadan sonra və Avropa Birliyi missiyasının nəzarəti altında icazə veriləcək. 

 

Aysel Şirinova