Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı
sosial

Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı

30-01-2026 10:00 22 Baxış
IMG

Yanvarın 29-da ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

 

DİN-in Mətbuat Xidmətindən "Tvit.az"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 137, o cümlədən borclu şəxs qismində axtarışda olan 105 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

 

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.