İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evin yüksək vəzifəli müşaviri Cared Kuşner və ABŞ-ın xüsusi elçisi Stiv Vitkovu Qüdsdə qəbul edəcək.
Tvit.az İsrail mediasına istinadən xəbər verir ki, görüşdə Həmas və Qəzza məsələləri müzakirə olunacaq.
Qəzzada hələ də saxlanılan son girov Ran Qvilinin geri qaytarılması səyləri, eləcə də İranla bağlı mümkün müzakirələr vurğulanacaq.
Aysel Şirinova