Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Boks üzrə Azərbaycan çempionatının ilk günündə 24 döyüş keçirilib
idman

Boks üzrə Azərbaycan çempionatının ilk günündə 24 döyüş keçirilib

22-01-2026 20:00 32 Baxış
IMG

Boks üzrə Azərbaycan çempionatına start verilib.

Tvit.az xəbər verir ki, 33 komandanın 166 idmançısının qatıldığı yarışın ilk günündə 24 döyüş baş tutub.

5 çəki dərəcəsində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib.

Ötən yarışın mükafatçılarından Həsən Məlikov, Tural Sarıyev, Amin Məmmədzadə, Ruslan Rüstəmov, Məhəmmədəli Qasımzadə, Zaur Qəhrəmanov və Nəbi İsgəndərov ilk döyüşlərini xeyirlərinə bitiriblər. Həmçinin Tayfur Əliyevlə Ümid Rüstəmov da 1/8 finala yüksəlib.

Azərbaycan çempionatı

22 yanvar

1/16 final

55 kq

Həsən Məlikov ("Neftçi" İK) – Amin Əhmədov (Gəncə) – 5:0

Tural Sarıyev ("Neftçi" İK) – Rəvan Əmirzadə ("Ağa" BK) – 5:0

Elbrus Kərimli (Naxçıvan MR) – Bəyoğlan Xankişiyev ("Roman" İK) – 5:0

Faiq Mollayev (MOİK) – Alik Rəhimxanov (Qusar) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib

Nihat Qədirov ("Roman" İK) – Amin Məmmədzadə ("Qızıl əlcək" İK) – ikinci üçüncü raundda tam üstünlüklə qalib gəlib

60 kq

Tayfur Əliyev ("Neftçi" İK) – Əli Ağayev (AzTU) – ikinci döyüşə gəlməyib

Nicat Mirzəyev ("Abşeron" BK) – Murad Ocaqquliyev (Gəncə) – 0:5

Mahmud Hüseynov (DİN İC) – Ruslan Rüstəmov (MOİK) – 0:5

Ümid Rüstəmov (DİN İC) – Cəlal Əhmədov ("Səbail" İK) – 5:0

Nadir Məlikov (Sumqayıt) – Həbib Bünyatov ("Qızıl əlcək" İK) – 5:0

Nicat Kazımov ("Roman" İK) – Ayxan Qürbətli ("Qızıl əlcək" İK) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib

Xalid Abdullayev ("Arena" İK) – Məhəmmədəli Qasımzadə ("Dəmir Yumruq" BİK) – 0:5

65 kq

Zaur Qəhrəmanov (DİN İC) – Ülvi Mirzəyev (BFL) – birinci üçüncü raundda tam üstünlüklə qalib gəlib

Cəlal Qurbanov (MOİK) – Rəhman Quliyev (Gəncə) – 4:1

Eldəniz Baxşıyev (DİN İC) – Özcan Rəsulzadə (Sumqayıt) – 1:4

80 kq

Rəşad Güləhmədzadə ("Firuz" BK) – Rza Rzazadə (DİN İC) – 0:5

Tural Əliyev (Şirvan) – Fəqan Məmmədov (MOİK) – 0:5

1/8 final

70 kq

Gülbala Abdullayev (Sumqayıt) – Əzədulla Camaləddinov ("Səbail" İK) – ikinci üçüncü raundda tam üstünlüklə qalib gəlib

Orxan Nəcəfquliyev (Sumqayıt) – Murad Seyidli ("Qızıl əlcək" İK) – ikinci ilk raundda tam üstünlüklə qalib gəlib

İsmayıl Namazov (AHİTA) – Vüqar Məmmədov (DİN İC) – 0:5

Şəmsi Şahbazov (MOİK) – Mehdi Həsənov ("Qızıl əlcək" İK) – 0:5

Anar Hüseynov (KNOUT) – Nicat Alırzayev ("Dəmir Yumruq" BİK) – ikinci ilk raundda tam üstünlüklə qalib gəlib

Rövşən Abbasov (DİN İC) – Ələkbər Həbibov ("Roman" İK) – 5:0

Ceyhun Məmmədov (Qusar) – Nəbi İsgəndərov ("Neftçi" İK) – ikinci üçüncü raundda tam üstünlüklə qalib gəlib

Qeyd edək ki, yarışın ikinci günündə də 24 döyüş keçiriləcək. Bakı Boks Mərkəzində təşkil olunan çempionat finaladək saat 12:00-da başlanacaq.