Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Özbəkistan ABŞ-də 3 yeni konsulluq açacaq
dünya

Özbəkistan ABŞ-də 3 yeni konsulluq açacaq

19-01-2026 19:00 24 Baxış
IMG

Özbəkistan ABŞ-nin Çikaqo, San-Fransisko və Vaşinqton ştatında baş konsulluqlar açmağı planlaşdırır. 

Tvit.az xəbər verir ki, bu barədə Özbəkistanın ABŞ-dəkı səfiri Sıdıkov məlumat verib.

Bundan əlavə, Floridaya və ya Kaliforniyaya aviareyslərin açılması da nəzərdən keçirilir. Səfirin sözlərinə görə, bu addımlar ölkənin turizm potensialının tanıdılması üçün əlavə imkanlar yaradacaq. O, həmçinin xatırladıb ki, Özbəkistan hazırda ABŞ-ı Mərkəzi Asiya və Avropa ilə birbaşa əlaqələndirən regionun yeganə ölkəsidir.

“2026-cı ildən ABŞ vətəndaşları üçün vizasız rejim tətbiq ediləcək ki, bu da turizm sahəsi üçün yeni perspektivlər açır. Mən turizm operatorlarına məhz Amerika bazarına uyğunlaşdırılmış turizm paketləri hazırlamağı təklif edərdim. Bilirsiniz ki, ABŞ bazarı kifayət qədər tələbkardır və burada standart, şablon təkliflər işləmir”, – deyə diplomat əlavə edib.

 

Aysel Şirinova