Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Özbəkistan Prezidenti Trampın təklifini qəbul etdi
dünya

Özbəkistan Prezidenti Trampın təklifini qəbul etdi

19-01-2026 15:00 11 Baxış
IMG

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Donald Trampın “Sülh Şurası”na təsisçi dövlət qismində qoşulmaq təklifini qəbul edib.

Tvit.az xəbər verir ki, bu barədə respublika başçısının mətbuat xidmətinin bəyanatında bildirilir. 

Donald Trampın təklifinə məktubunda Mirziyoyev Özbəkistanın bu şuraya qoşulmağa hazır olduğunu ifadə edib və bu təşəbbüsün Yaxın Şərqdə uzun illərdir davam edən münaqişələrin həllində, geniş regionda sülh və sabitliyin təmin olunmasında mühüm addım kimi qiymətləndirildiyini vurğulayıb.

Qeyd edək ki, bu gün Qazaxıstan prezidenti Tokayev təklifi qəbul edib.

 

Aysel Şirinova