Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Qarabağ" Antalyada Polşa klubu üzərində qələbə qazanıb
idman

"Qarabağ" Antalyada Polşa klubu üzərində qələbə qazanıb

16-01-2026 21:00 16 Baxış
IMG

Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" komandası növbəti yoxlama oyununda da qələbə qazanıb.

 

Tvit.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Polşanın "Zaqlembe" komandasına qalib gəlib - 3:1.

 

Ağdam təmsilçisinin heyətində Leandro Andrade (6), Abdullah Zubir (56) və Joni Montiel (69) fərqləniblər.


Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın "Neftçi" klubunu beş cavabsız qolla üstələyib, Xorvatiyanın "Osiyek" kollektivini 3:1 hesabı ilə məğlub edib.