“Rusiya pasportu sahibləri Kişinyov hava limanına çatdıqdan sonra mütəmadi olaraq alçaldıcı yoxlamalara və araşdırmalara məruz qalırlar. Tranzit zonasında elementar məişət şəraiti və xarici aləmlə əlaqə imkanı təmin edilmədən saatlarla gözləmə halları az deyil. Bu baxımdan Rusiya XİN Rusiya vətəndaşlarına qeyd olunan riskləri nəzərə almağı və imkan daxilində Moldova Respublikasına səfərlərdən çəkinməyi qəti şəkildə tövsiyə edir”, - deyə Rusiya Xarici İşlər Nazirliyində qeyd olunub.
Aysel Şirinova