Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Tvit.az xəbər verir ki, bu barədə Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, Prezidentin İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığından sonra Məsud Peşekianla da əlaqə saxladığını bildirib.
Peskov söhbətin təfərrüatlarını açıqlamayıb.
O əlavə edib ki, Kreml İranda və Yaxın Şərqdəki vəziyyəti gərgin kimi qiymətləndirir bununla belə, Putin İslam Respublikası ilə İsrail arasında gərginliyin azaldılması üçün səylər göstərir.
Aysel Şirinova