Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Tərtərdə 2 qardaş evdən oğurluq etdi
hadisə

Tərtərdə 2 qardaş evdən oğurluq etdi

14-01-2026 13:00 14 Baxış
IMG

Tərtər Rayon Polis Şöbəsinə şəhər ərazisindəki evlərin birindən oğurluq edildiyi barədə məlumat daxil olub.

"Tvit.az"ın məlumatına görə, keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən, rayon sakinləri - əvvəllər məhkum olunan Şirxan Misirov və qardaşı Ələsgər saxlanılıblar.

Belə ki, onların məişət əşyaları oğurlamaqla zərərçəkənə maddi ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.