Taylandda sərnişin qatarında tikinti kranının çökməsi nəticəsində ölənlərin sayı 28-ə çatıb, 60-dan çox insan yaralanıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xilasedicilər sağ qalanları axtarmağa və deformasiyaya uğramış vaqonlardan ölənlərin cəsədlərini çıxarmağa davam edirlər.
Qeyd edək ki, hadisə çərşənbə günü səhər saatlarında krallığın şimal-şərqində yerləşən Nakhonratçasima vilayətində baş verib. Kranın aşması nəticəsində qatar relsdən çıxıb və yanğın baş verib.
Qatarda xarici turistlərin olub-olmadığını araşdırılır.
Aysel Şirinova