Avropa Birliyi (AB) İranda etirazların yatırılmasına görə məsul olanlara qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen “X” hesabındakı paylaşımında bildirib.
Fon der Leyen vurğulayıb ki, AB artıq SEPAH-ı insan haqları sanksiyaları siyahısına daxil edib və İran xalqının azadlığı uğrunda cəsarətlə mübarizə apardığını dəstəkləyir.
Elmin Alışov