Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran Starlink-ə qarşı hərbi müdaxiləyə başladı
dünya

İran Starlink-ə qarşı hərbi müdaxiləyə başladı

12-01-2026 14:00 26 Baxış
IMG

İran hakimiyyəti ilk dəfə olaraq Starlink peyk internet xidmətini deaktiv etmək üçün hərbi-elektron maneələrdən istifadə edib.


Tvit.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.


Məlumata görə, İranın tətbiq etdiyi elektron müdaxilə nəticəsində bir neçə saat ərzində ölkədəki Starlink trafikinın 80 faizdən çoxu pozulub. Bu isə dövlətin interneti kəsməsi zamanı alternativ rabitə vasitəsi kimi istifadə edilən Starlink-i ciddi şəkildə qeyri-sabit edib.


Jurnalın yazdığına əsasən, son dövrlərdə İranda Starlink qəbuledicilərinin sayı artıb. Bu cihazlar peyklərlə əlaqə üçün GPS siqnallarından asılıdır. İran isə GPS siqnallarına müdaxilə edərək lokal kəsintilərə, şəbəkə dalğalanmalarına və bəzi strateji bölgələrdə demək olar ki, tam internetin dayanmasına səbəb olub.


Elmin Alışov