“Queensberry” promouter şirkətinin rəhbəri Frank Uorren, ağır çəkidə keçmiş dünya çempionu Tayson Fyurinin (34-2-1, 24 nokaut) rusiyalı Arslanbek Mahmudovla (21-2, 19 nokaut) döyüşə biləcəyini açıqlayıb.
Tvit.az Publika.az-a istinadən xəbər verir ki, onun sözlərini “Talksport” sitat gətirib.
“Tayson çox ağıllı oğlandır. O, nə istədiyini və buna necə nail olacağını bilir. Əlbəttə ki, rəqiblər və sair barədə müzakirələr aparılır, amma axmaq deyil, nə etməli olduğunu bilir. Biz bunu edə, Mahmudovla döyüşə bilərik”, – Uorren bildirib.
Xatırladaq ki, daha öncə Tayson Aleksandr Usikə ardıcıl iki məğlubiyyətdən sonra karyerasını bitirmək qərarına gəlib, lakin boksçunun geri dönüşünün mümkünlüyü barədə dəfələrlə məlumatlar yayılıb.