Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycanın atletika üzrə milli komandasına yeni baş məşqçi təyin edildi
idman

Azərbaycanın atletika üzrə milli komandasına yeni baş məşqçi təyin edildi

08-01-2026 22:00 49 Baxış
IMG

Bu gün Azərbaycan Atletika Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib.

 

Tvit.az xəbər verir ki, tədbir zamanı atletika üzrə milli komandanın yeni baş məşqçisinin adı açıqlanıb.

 

Federasiya rəhbərliyinin qərarı ilə təcrübəli mütəxəssis, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Əliyev bu vəzifəyə təyin olunub.