Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya Xarici İşlər Nazirliyi Qərbin Ukraynada hərbçilər yerləşdirmə planlarına reaksiyasını bildirdi
dünya

Rusiya Xarici İşlər Nazirliyi Qərbin Ukraynada hərbçilər yerləşdirmə planlarına reaksiyasını bildirdi

08-01-2026 15:00 44 Baxış
IMG

Rusiya Qərbin Ukraynada hərbçilər və hərbi obyektlər yerləşdirməsi Rusiyanın təhlükəsizliyi üçün təhdid olaraq qiymətləndiriləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova danışıb.

 

"Ukrayna ərazisində Qərb ölkələrinin hərbi bölmələrinin, hərbi obyektlərin, anbarların və digər infrastrukturunun yerləşdirilməsi xarici müdaxilə kimi qiymətləndiriləcək və bu, yalnız Rusiya deyil, həmçinin digər Avropa ölkələri üçün də birbaşa təhlükə yaradır", - deyə o, bildirib.

 

Zaxarova əlavə edib ki, bu xəbərdarlıqlar bir neçə dəfə ən yüksək səviyyədə səsləndirilib və hələ də aktualdır.

 

Aysel Şirinova