Türkiyə Suriyanın hakimiyyət orqanlarına antiterror əməliyyatının aparılmasında dəstək göstərməyə hazırdır.
Tvit.az xəbər verir ki, bu barədə bəyanatla Türkiyə müdafiə nazirliyi çıxış edib.
Türkiyənin Müdafiə Nazirliyinin məlumatına görə, Suriya təhlükəsizliyin təmin edilməsi məqsədilə Hələb şəhərində antiterror əməliyyatı həyata keçirir. Bildirilib ki, Hələbdə aparılan antiterror əməliyyatı yalnız Suriyanın Silahlı Qüvvələri tərəfindən icra olunur.
Qeyd edilib ki, müvafiq kömək müraciəti daxil olduğu təqdirdə Türkiyə hazırdır.
Aysel Şirinova

