Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ Venesuelaya bağlı tankeri ələ keçirməyə çalışıb - İDDİA
dünya

ABŞ Venesuelaya bağlı tankeri ələ keçirməyə çalışıb - İDDİA

07-01-2026 17:00 71 Baxış
IMG

ABŞ Venesuelaya bağlı Rusiya bayraqlı "Marinera", əvvəllər "Bella-1" kimi tanınan tanker gəmisini ələ keçirmək üçün əməliyyat həyata keçirir.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

 

Əməliyyat zamanı bilavasitə yaxınlıqda Rusiya sualtı qayığı və digər hərbi gəmilər olub.

 

Bildirilib ki,  tanker üzərində bir təyyarə dövrə vurub. Ehtimala görə, desant məhz həmin təyyarədən gəmiyə enməyə cəhd edib.

 

Qeyd edək ki, media Rusiyanın  ABŞ-ın Venesuela sahillərində ələ keçirməyə çalışdığı Marinera tankerini müşayiət etmək üçün  sualtı qayıq və digər hərbi-dəniz qüvvələri göndərdiyini bildirib.

 

Aysel Şirinova