ABŞ Venesueladan Rusiya, Çin və İrandan məsləhətçiləri ölkədən çıxarmağı tələb edir.
Tvit.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Məlumata əsasən, ABŞ Dövlət katibi Marko Rubio ABŞ Prezidenti Donald Trampın administrasiyasının tələblərini Venesuelanın yeni müvəqqəti lideri Delsi Rodriqesə yüksək səviyyəli konqres liderləri ilə qapalı görüşdə təqdim edib.
Bildirilib ki, ABŞ bu dövlətlərin ölkəsindən kəşfiyyat və hərbi personalın çıxarılmasını təmin etmək istəyir, lakin bəzi diplomatların qalmasına icazə veriləcək.
Aysel Şirinova