Polşanın Baş naziri Donald Tusk Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün Rusiyaya sanksiya təzyiqi göstərilməsinə çağırıb.
Tvit.az “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, o, bu açıqlamanı Parisdə keçirilən könüllülər koalisiyasının iclasından sonra verib.
Tuskun sözlərinə görə, son sammitin bütün iştirakçıları Rusiyaya təzyiq göstərməyə, o cümlədən sanksiyalar tətbiq etməyə, onu sülh prosesini ciddiyə almağa məcbur etməyə hazırdırlar.
Elmin Alışov