Almaniya Xristian-Sosial İttifaqının (XSS) sədri Markus Zöder sülh sazişi əldə edildikdən sonra Almaniya qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Bunların təhlükəsizliyin təmin edilməsi üçün hərbçilər olub-olmayacağı ayrıca nəzərdən keçirilməlidir. Heç bir halda çağırışçılar yox. Bu, səhv yol olardı", — deyə o bildirib.
Siyasətçi həmçinin Almaniyada olan çağırış yaşlı ukraynalı qaçqınların Ukraynaya göndərilməsini təklif edib. Onun sözlərinə görə, ukraynalı kişilər almanlar bunu etməzdən əvvəl öz ölkələrini qorumaq üçün vətənlərinə qayıtmalıdırlar.
Aysel Şirinova