Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Mançester Yunayted"də Ruben Amorimin yerinə əsas namizədlər AÇIQLANIB
idman

"Mançester Yunayted"də Ruben Amorimin yerinə əsas namizədlər AÇIQLANIB

05-01-2026 22:00 60 Baxış
IMG

İngiltərənin "Mançester Yunayted" klubunda istefaya göndərilən baş məşqçi Ruben Amorimin postuna əsas namizəd bəlli olub.


Tvit.az "Independent" nəşrinə istinadən xəbər verir ki, Mançester təmsilçisinin bu posta əsas namizədi Premyer Liqanın digər komandası "Kristal Pelas"ın çalışdırıcısı Oliver Qlasnerdir.

 

Digər mümkün namizədlər isə bu yaxınlarda "Çelsi"dən istefaya göndərilən Entso Mareska və "İpsviç"in hazırkı baş məşqçisi Kiran Makkenadır.

 

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasının 20 turundan sonra 31 xalla 6-cı pillədə qərarlaşıb. Amorimi müvəqqəti olaraq gənclər komandasına rəhbərlik edən klubun sabiq futbolçusu Darren Fletçer əvəz edəcək.