ABŞ-ın əsas nəhəng neft şirkətləri ExxonMobil, Chevron və ConocoPhillips-in rəhbərləri ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuela Prezidenti Nikolas Maduronu devirmək planları barədə məlumatlandırılmayıb.
Tvit.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
"Venesuelaya investisiya qoymaq üçün kapitalı və təcrübəsi olan heç bir sənaye oyunçusu nə Maduronun devrilməsindən əvvəl, nə də Prezident Tramp Venesuela neft sənayesinin bərpası barədə bəyanat verməzdən əvvəl məsləhətləşilməyib," - mənbə bildirib.
Aysel Şirinova