Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial 7 aptekdə nöqsanlar aşkarlandı
sosial

7 aptekdə nöqsanlar aşkarlandı

05-01-2026 15:00 54 Baxış
IMG

Ötən ilin dekabr ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ümumilikdə 25 aptekdə yoxlama keçirib.

Mərkəzdən "Tvit.az"a verilən məlumata görə, bu yoxlamalardan 9-u Bakı şəhərində, 16-ı isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 11-i planlı, 14-ü isə plandankənar olub.

Yoxlama nəticəsində 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.