Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Qvardiola klubun artıq çəkili oyunçularına qadağa qoyacaq
idman

Qvardiola klubun artıq çəkili oyunçularına qadağa qoyacaq

22-12-2025 22:00 16 Baxış
IMG

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola üç günlük məzuniyyətdən artıq çəki ilə qayıdan oyunçuları İngiltərə Premyer Liqasının (İPL) 18-ci turunda "Nottingem Forest"a qarşı matçdan kənarlaşdıracaq.

 

Tvit.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.


"Üç günlük məzuniyyətdən qayıdan kimi mən onların özlərini necə aparacağını görmək istəyirəm. Onlar yeyə bilərlər, amma mən onlara nəzarət etmək istəyirəm. Təsəvvür edin ki, bir oyunçunun indi ideal çəkisi var, amma gəldiyi zaman çəkisi üç kiloqram artıq olacaq. O, "Nottingem Forest" ilə matça isə yollanmayacaq".

 

Qeyd edək ki, "Mançester Siti" İPL-in turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Şəhərlilər 17 oyunda 37 xal toplayıblar. Komandanın "Nottingem Forest" ilə oyunu dekabrın 27-də keçiriləcək.