Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Taleh Ziyadov növbəti dəfə Azərbaycan Badminton Federasiyasının prezidenti seçilib
idman

Taleh Ziyadov növbəti dəfə Azərbaycan Badminton Federasiyasının prezidenti seçilib

22-12-2025 22:00 21 Baxış
IMG

Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağı keçirilib.

 

Tvit.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.

 

İclasın gündəliyi təsdiq edildikdən sonra federasiyanın baş katibi Ramil Hacıyev 2022–2025-ci illər ərzində Azərbaycan Badminton Federasiyasının fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə hesabatla çıxış edib. Təqdim olunan hesabat səsvermə yolu ilə təsdiqlənib.

 

Daha sonra Azərbaycan Badminton Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul edilib. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Taleh Ziyadov növbəti 4 il müddətinə yenidən federasiyanın prezidenti seçilib. Kəmalə Şahbazova və Teymur Hüseynov vitse-prezidentlər, Ceyhun Məmmədəliyev və Natavan Məmmədova isə İdarə Heyətinin üzvləri seçiliblər.

 

Sonda federasiya prezidenti Taleh Ziyadov çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib və federasiyanın qarşıdakı dövr üçün fəaliyyət planları barədə məlumat verib.