Rusiya tərəfi dünyada sabitliyi təmin etmək üçün Hindistan tərəfdaşları ilə birgə işləməyə hazırdır.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya lideri Dmitri Peskov bildirib.
“Biz hamımız birlikdə vəziyyətin sabitləşdirilməsi və sülh naminə çalışmalıyıq, çünki yalnız bu region deyil, bütün dünya qeyri-proqnozlaşdırılandır və çox həssasdır”, – deyə o, Rusiyanın Cənubi Asiya regionunda vəziyyətin sabitləşdirilməsi işində Hindistana dəstək göstərməyə hazır olub-olmaması ilə bağlı suala cavab verərkən bildirib.
Peskovun sözlərinə görə, hüququn aliliyi, ticarət qaydaları, ÜTT normaları demək olar ki, dağıdılıb. “Beynəlxalq təşkilatların effektivliyi ilə bağlı problemimiz var”, – o vurğulayıb.
“Biz inkişaf edən çoxqütblü bir dünyada yaşayırıq”, – deyə prezidentin mətbuat katibi əlavə edib.