Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Peskov: Rusiya sülhü təmin etmək üçün Hindistanla birgə işləməyə hazırdır
dünya

Peskov: Rusiya sülhü təmin etmək üçün Hindistanla birgə işləməyə hazırdır

02-12-2025 14:00 67 Просмотров
IMG

Rusiya tərəfi dünyada sabitliyi təmin etmək üçün Hindistan tərəfdaşları ilə birgə işləməyə hazırdır.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya lideri Dmitri Peskov bildirib.

“Biz hamımız birlikdə vəziyyətin sabitləşdirilməsi və sülh naminə çalışmalıyıq, çünki yalnız bu region deyil, bütün dünya qeyri-proqnozlaşdırılandır və çox həssasdır”, – deyə o, Rusiyanın Cənubi Asiya regionunda vəziyyətin sabitləşdirilməsi işində Hindistana dəstək göstərməyə hazır olub-olmaması ilə bağlı suala cavab verərkən bildirib.

Peskovun sözlərinə görə, hüququn aliliyi, ticarət qaydaları, ÜTT normaları demək olar ki, dağıdılıb. “Beynəlxalq təşkilatların effektivliyi ilə bağlı problemimiz var”, – o vurğulayıb.

“Biz inkişaf edən çoxqütblü bir dünyada yaşayırıq”, – deyə prezidentin mətbuat katibi əlavə edib.