Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Naxçıvanda işə düzəltmək adı ilə 50 min manatlıq dələduzluq etdilər
sosial

Naxçıvanda işə düzəltmək adı ilə 50 min manatlıq dələduzluq etdilər

26-11-2025 10:00 90 Baxış
IMG

Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 38 yaşlı Elvin İsmayılov saxlanılıb.

"Tvit.az" xəbər verir ki, o, ayrı-ayrı vaxtlarda 5 vətəndaşı işə düzəltmək vədi ilə aldadaraq 50 min manat pul vəsaitini ələ keçirib.

Faktla bağlı Naxçıvan  ŞPİ-də cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.

E.İsmayılovun analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.