Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Naxçıvanda işə düzəltmək adı ilə 50 min manatlıq dələduzluq etdilər
sosial

Naxçıvanda işə düzəltmək adı ilə 50 min manatlıq dələduzluq etdilər

26-11-2025 10:00 93 Views
IMG

Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 38 yaşlı Elvin İsmayılov saxlanılıb.

"Tvit.az" xəbər verir ki, o, ayrı-ayrı vaxtlarda 5 vətəndaşı işə düzəltmək vədi ilə aldadaraq 50 min manat pul vəsaitini ələ keçirib.

Faktla bağlı Naxçıvan  ŞPİ-də cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.

E.İsmayılovun analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.