Böyük Britaniyada aparılan yeni araşdırma yazıçıların süni intellektlə bağlı narahatlıqlarını üzə çıxarıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Cambridge Universitetinin tədqiqatına görə, ölkədəki roman yazarlarının 51%-i süni intellektin zamanla roman yazarlığını tamamilə əvəz edə biləcəyini düşünür.
Yazarların fikrincə, yazılı məzmunun sürətlə avtomatlaşması və nəşriyyatların daha ucuz başa gələn süni intellekt məhsullarına yönəlməsi yaradıcı əməyin dəyərini azaldır. Xüsusilə yeni başlayan yazıçılar agentliklər və nəşriyyatlar tərəfindən ikinci plana atılmaqdan narahatdır.
Bəzi təcrübəli yazıçılar süni intellekti yaradıcılıq prosesinin bir hissəsi kimi görsələr də, çoxu onun ciddi rəqabət yaratdığını bildirir.