Ukrayna 2025-ci ilin sonuna kimi Rusiya ilə məhbus mübadiləsini bərpa etməyi planlaşdırır.
Tvit.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə brifinqdə bildirib.
"Ümid edirik ki, ilin sonuna qədər biz mübadilələri bərpa edə və xeyli sayda məhbusu qaytara biləcəyik", - Ukrayna lideri bildirib.
O əlavə edib ki, Ankara nizamlanma prosesinin bərpasında Kiyevə fəal kömək edir və buna görə Türkiyə prezidentinə təşəkkür edib.
Aysel Şirinova