Rusiyanın Urals neftinin qiyməti 2023-cü ilin mart ayından bəri ən aşağı səviyyəyə düşüb.
Tvit.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata əsasən, neftin qiyməti bir barel üçün 36,61 dollara düşüb.
Qeyd edilir ki, Donald Tramp administrasiyasının oktyabrın 22-də Rusiya şirkətlərini qara siyahıya salmasından sonra Rusiya neftinə tələbat azalmağa başlayıb.
Rusiyanın iki enerji nəhəngi ilə əməkdaşlığın dayandırılması üçün son tarix isə noyabrın 21-nə təyin edilib.
Aysel Şirinova