Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq
sosial

Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq

04-10-2024 17:00 171 Baxış
IMG

Avtomobildən bayıra hər hansı əşya, tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq.

Tvit.az-ın xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına görə otuz manat məbləğində cərimə edilir.

Layihəyə əsasən, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək.