Bali adasında mikroavtobusun toqquşması nəticəsində 5 çinli turist ölüb, 8 nəfər yaralanıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, faciə noyabrın 14-də səhər saatlarında Padanqbuliya kəndi yaxınlığında baş verib. Hadisə mikroavtobusun döngə yolu ilə adanın cənub hissəsindən şimala turistləri apardığı vaxt baş verib. Bildirib ki, sürücü avtomobilin idarəetməsini itirib və yoldan çıxaraq ağaca çırpılıb.
Aysel Şirinova