Polşa hakimiyyəti noyabrın 17-də Bobrowniki və Kuznitsada Belarusla iki sərhəd keçidini yenidən açacaq. Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Müvafiq əmri Polşanın daxili işlər naziri Marçin Kervinski verib.
"Daxili işlər və administrasiya naziri Kuznya Belostotskaya-Bruzqi və Bobrovniki-Berestovitsa sərhəd-keçid məntəqələrinin fəaliyyətinin bərpası haqqında əmr imzalayıb", - nazirliyin saytında bildirilir. Noyabrın 17-də Polşa tərəfi avtomobillərin və avtobusların Kuznya keçid məntəqəsindən, AB ölkələrindən və İsveçrədən gələn minik avtomobilləri, avtobuslar və yük maşınları isə Bobrovniki keçid məntəqəsindən keçəcək, Daxili İşlər Nazirliyi izah edib.