Noyabrın 13-də doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə və Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə çatıb.
"Tvit.az" xəbər verir ki, bu mərhələdə Xocalının Badara kəndinə köçürülən 19 nəfərdən ibarət 6 ailəyə, Daşbulaq kəndinə 31 nəfərdən ibarət 9 ailəyə, Ağdərənin Vəngli kəndinə isə 45 nəfərdən ibarət 11 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.



