Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Əraqçının Quterreşə məktubu: ABŞ müharibənin vurduğu ziyanı ödəməlidir
dünya

Əraqçının Quterreşə məktubu: ABŞ müharibənin vurduğu ziyanı ödəməlidir

13-11-2025 14:00 15 Baxış
IMG

İran Vaşinqtonun bu müharibənin yaratdığı ziyanın məsuliyyətini daşıdığını və buna görə də İranın gördüyü zərərin qarşılanması üçün müvafiq təzminat ödəməli olduğunu qeyd edib.


Tvit.az xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçı deyib.


O, ABŞ-nin bu addımlarını İran və onun vətəndaşlarına ciddi maddi və mənəvi zərərlər yaratdığını vurğulayıb. Əraqçı, bu məsələ ilə bağlı BMT Baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasının sədri Maykl Omran Canoya məktub göndərib.


Məktubda, Amerikanın İrana qarşı həyata keçirdiyi təcavüzkar siyasətin qanunsuz olduğunu və bu addımların nəticələrinin İranın beynəlxalq hüquq çərçivəsində tam şəkildə mühakimə olunmasını tələb etdiyi bildirilib. 


Elmin Alışov