BMT-nin baş katibi Antonio Quterreş Qəzzada kövrək atəşkəsin dəfələrlə pozulduğunu, lakin qüvvədə olduğunu bildirib.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Mən danışıqların ikinci mərhələsinin açılmasına çağırıram ki, bu da atəşkəsə tam əməl olunmasına, Fələstin xalqının öz müqəddəratını təyin etməsinə və iki dövlətli həllin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasına gətirib çıxaracaq”,- deyə BMT rəsmisi əlavə edib.
Elmin Alışov