Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Bloomberg: Makron Xi Jinping-i G7-yə dəvət etməyi düşünür
dünya

Bloomberg: Makron Xi Jinping-i G7-yə dəvət etməyi düşünür

12-11-2025 21:00 15 Baxış
IMG

Fransa Prezidenti Emmanuel Makron Çin Prezidenti Xi Jinping-i 2026-cı ildə Fransada keçiriləcək G7 sammitinə dəvət etməyi nəzərdən keçirir.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, bu ideya Makronun dekabr ayında Çinə səfər etməsindən əvvəl bəzi müttəfiqlərlə müzakirə olunub. 

Bildirilib ki, Xi Jinpingin dəvəti gərginliyə səbəb ola bilər, çünki G7 son illərdə Çinin təsirinə və Rusiyaya dəstəyinə qarşı getdikcə daha çox diqqət yetirir. Çin liderinin belə bir dəvəti qəbul edib-etməyəcəyi və digər G7 üzvlərinin xüsusilə ABŞ və Çin arasında ticarət gərginliyi fonunda bu addımı təsdiqləyib-təsdiqləyəcəyi hələlik bəlli deyil. 

Aysel Şirinova