Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Saakaşvili həbsxanaya qaytarılıb
dünya

Saakaşvili həbsxanaya qaytarılıb

12-11-2025 20:00 14 Baxış
IMG

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili səhhəti qənaətbəxş olduğu üçün 2022-ci ilin may ayından saxlandığı klinikadan həbsxanaya qaytarılıb.

Tvit.az xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin bəyanatında məlumat yayılıb.

“Məhkum edilmiş məhkum Mixail Saakaşvilinin səhhəti qənaətbəxş olduğundan və stasionar müalicəyə ehtiyacı olmadığından o, mülki sektorun klinikasından buraxılaraq 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb və cəzasını ümumi əsaslarla davam etdirəcək”, - deyə məlumatda bildirilib.

Aysel Şirinova