Bolnisi meriyasının rəhbər heyətində yeni təyinatlar həyata keçirilib.
"Tvit.az" xəbər verir ki, bu barədə Bolnisi meriyasından məlumat verilib.
Belə ki, mer Zamur Çitanavanın birinci müavini vəzifəsinə Aleksandre Zabaxidze, müavin vəzifələrinə isə Valentina Naveriani və Tural Valiyev təyin olunublar.
Tural Valiyev hüquqşünasdır və müxtəlif dövlət qurumlarında iş təcrübəsinə malikdir.
O, 2021-2025-ci illərdə Dmanisi bələdiyyə başçısının köməkçisi vəzifəsində çalışıb.