Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması qaydası dəyişib
sosial

Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması qaydası dəyişib

06-11-2025 16:00 16 Baxış
IMG

Prezident İlham Əliyev 31 may 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası"nda dəyişiklik edib.

"Tvit.az " xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Agentliyin sərbəst maliyyə vəsaitinin maliyyə alətlərinə investisiya edilməsini, Agentliyin İdarə Heyətinin qərarına əsasən, yalnız "Qiymətli kağızlar bazarı haqqında" qanunda nəzərdə tutulmuş lisenziyalaşdırılan şəxs həyata keçirir. Onunla "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq satınalma müqaviləsinin bağlanılması tələbi ləğv edilib.