Venesuela respublikanın suverenliyinin qorunmasında göstərdiyi dəstəyə görə Rusiya Federasiyasına təşəkkürünü bildirir və ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır.
Tvit.az xəbər verir ki, bu barədə Bolivar Respublikasının xarici işlər naziri İvan Gil Pinto teleqram kanalında bildirib.
"Venesuela prezidenti Nikolas Maduronun adından suverenliyimizin qorunmasında sarsılmaz dəstəyinə görə Rusiya hökumətinə səmimi təşəkkürümüzü bildiririk", - deyə o, vurğulayıb.
Gil Pinto vurğulayıb ki, Rusiya və Venesuela strateji müttəfiq kimi mövqelərini möhkəmləndirirlər qarşılıqlı tərəqqinin əsas sahələrində əməkdaşlığı gücləndirməyə hazırdırlar.
Aysel Şirinova