Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya BMT bu hadisəni pislədi
dünya

BMT bu hadisəni pislədi

30-10-2025 20:00 18 Baxış
IMG

BMT Təhlükəsizlik Şurası Sudanın Əl-Faşer şəhərində (Şimali Darfur vilayəti) zorakılığın artmasından narahatlıq ifadə edib və “Sürətli Reaksiya Qüvvələri”nin (SRQ) bu şəhərdəki hərəkətlərini qınayıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Şura üzvləri Əl-Faşer və ətrafında zorakılığın artmasından ciddi narahatlıqlarını ifadə ediblər. Şura üzvləri SRQ-nın Əl-Faşer şəhərinə hücumunu və bunun mülki əhaliyə dağıdıcı təsirini qınayıblar,” – BMT-nin jurnalistlərə payladığı bəyanatda bildirilib.

BMT, həmçinin SRQ-nın mülki əhaliyə qarşı törətdiyi vəhşilikləri, o cümlədən kütləvi qətlləri və qanunsuz həbs etmələri də qınayıb.

Aysel Şirinova