Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Zaxarova onları "dəli" adlandırdı
dünya

Zaxarova onları "dəli" adlandırdı

30-10-2025 19:00 18 Baxış
IMG

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Rusiyanın guya Baltikyanı ölkələrə qarşı hibrid müharibə apardığı barədə bəyanatlardan sonra, Baltikyanı ölkələri "dəlixana pasiyentləri" adlandırıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Yəqin ki, dəlixanadakı pasiyentlər elə düşünürlər ki, dəli olan həkimlərdir. Ola bilər, belə də olsun,” – deyə o, brifinqdə bildirib.

“Amma mən düşünmürəm ki, hazırda müxtəlif Şimal-Atlantik qurum və institutlarda müşahidə etdiyimiz bu qədər zəif analitik vəziyyətdə, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab tədbirlərini Moskvanın hibrid müharibəsi kimi qiymətləndirmək mümkündür,” – deyə diplomat əlavə edib.

Aysel Şirinova