Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Tvit.az xəbər verir ki, tender Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yerləşir Milli Referans Laboratoriyasının əsaslı təmiri işlərinin satınalınması ilə bağlı idi.
Tenderin qalibi "Pro Construction" Company" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında imzalanmış satınalınma müqaviləsinin dəyəri 1 milyon 197 min 875 manat təşkil edib.