Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Neftçalada erkən nikahın qarşısı alındı - DİN
hadisə

Neftçalada erkən nikahın qarşısı alındı - DİN

24-10-2025 21:00 32 Baxış
IMG

Oktyabrın 24-də Neftçala ərazisində yerləşən şadlıq saraylarının birində 29 yaşlı şəxslə nikah yaşına çatmayan qızın planlaşdırılan toy mərasimi barədə polisə məlumat daxil olub.

 

Bu barədə Tvit.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

 

Tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.


Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi barəsində isə inzibati tənbeh tədbiri tətbiq olunub.