“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes UEFA Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı oyunçusu seçilib.
Tvit.az Teleqraf-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ÇL-in əsas mərhələsinin III turunda evdə “Olimpiakos”u 6:1 hesabı ilə məğlub etdikləri matçda het-trik edib.
O, bununla da ÇL tarixində “Barselona”nın heyətində bir matçda üç qol vuran ilk ispan futbolçu kimi tarixə düşüb.
Fermin Lopes həftənin futbolçusu adına mübarizədə “Atletik”in “Qarabağ”a iki qol vuran futbolçusu Qorka Qurusetanı, PSV-nin hücumçusu Dennis Manı və “Borussiya Dortmund”un yarımmüdafiəçisi Feliks Nmeçanı geridə qoyub.