Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial İşsizliyə görə sığorta ödənişləri artırılır
sosial

İşsizliyə görə sığorta ödənişləri artırılır

23-10-2025 19:00 23 Baxış
IMG

İşsizliyə görə sığorta ödənişlərinin həcminin 2026-cı ildə 28,0 milyon manat məbləğində olması proqnozlaşdırılır. Bu məbləğ 2025-ci ilin göstəricisinə nisbətən 11,0 milyon manat və ya 65 faiz çoxdur.

 

Tvit.az xəbər verir ki, bu barədə 2026-cı ilin büdcə zərfinin layihəsində qeyd edilib.

 

Belə ki, cari ildə işsizlikdən sığorta ödənişi ilə əhatə olunan şəxslərin sayı kifayət qədər yüksək olduğuna görə, sığorta ödənişinin verilmə müddətindən asılı olaraq növbəti ildə də həmin şəxslərə ödənişlərin verilməsi davam edəcəkdir.